Ermənistanda silahdan istifadə etməklə vətəndaşların özünümüdafiə hüququ məsələsini qanunvericilik səviyyəsində tənzimləmək lazımdır. 

"UnikaI" xəbər verir ki, bu barədə Ermənistan parlamentində müzakirə olunub. 

Müdafiə və Təhlükəsizlik məsələləri daimi komissiyasının iclasında “Silah dövriyyəsinin tənzimlənməsi haqqında” qanuna dəyişiklik və əlavələr edilməsinə dair qanun layihələri paketinin müzakirəsi zamanı hakim “Mülki razılaşma” fraksiyasının deputatı Vilen Qabrielyan deyib ki, təqdim olunan paket bu sahədə mümkün korrupsiya təzahürlərinin aradan qaldırılması, qanunsuz silahların sayının azaldılması və tədricən qeyri-qanuni dövriyyədən çıxarılması məqsədi daşıyır. 

"Ölkə vətəndaşları bir sıra tələblərə, o cümlədən psixi sabitliyə, müvafiq lisenziyanın olması və s.-yə əməl etdikdə odlu silah gəzdirmək hüququ əldə edəcəklər", - deyə deputat izah edib.

Müzakirə nəticəsində qanunvericilik paketinə müsbət rəy verilib. 

Ağarza Elçinoğlu