Tatarıstanda Buqulma Mərkəzi Regional Xəstəxanasında cərrah və şöbə müdiri əməliyyat zamanı əlbəyaxa olub.

"UnikaI" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Məlum olub ki, cərrahlar arasında intriqa uzun illərdir davam edir. 

"Əməliyyat zamanı menecer əməliyyat otağına soxulub, tibb bacısının alətlərini götürüb və başqa mütəxəssis çağırılmasını tələb edib. Tələblərə əhəmiyyət verməyən həkim xəstəni xilas etmək üçün işini davam etdirib, daha sonra müdir onu vurub. Dava zamanı həkimlər bir-birinə təhlükəli alətlər atıblar. Bu zaman xəstə əməliyyat masasında gözlədilib", - deyə məlumatda qeyd olunub. 

Ağarza Elçinoğlu