Little Big musiqi qrupunun keçmiş rəqqası, şoumen və "Puhlyash" kimi tanınan aktyor Dmitri Krasilov 29 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, Krasilovun cəsədi öz mənzilində tapılıb. Krasilovun hansı səbəbdəb dünyasını dəyişməyi tibbi ekspertizadan sonra məlum olacaq.
Sənətçi dekabrın 17-də axşam saatlarında xəstələnib. Dekabrın 18-də işəgötürən onu görməyə gəlsə də, qapını heç kim açmayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyi çağırılıb və onlar qaını sındırıb.
Dmitri Krasilov Zarinsk Altay diyarı şəhərində anadan olub. Uşaqlıqdan bəri rəqs edib. O, “Smile” rəqs qrupunun, sonra “Zazerkalye” musiqili teatrının üzvü olub. 2016-cı ildə rəssam Barnauldə Altay Dövlət Mədəniyyət İnstitutunu bitirib.
O, LittleBig Uno qrupunun klipində çəkildikdən sonra şöhrət qazanıb. Bu mahnı ilə qrup 2020-ci ildə Eurovision-da Rusiyani təmsil edib.
Krasilov filmlərdə də rol alıb. O, “Robot Tolya”, “İvanovlar-İvanovlar” və “Dıldı” kimi layihələrdə iştirak edib.