Aİ Komissiyası İlon Maskın X sosial media platformasının Rəqəmsal Xidmətlər Qanununa uyğunluğunu araşdırmaq üçün rəsmi prosesə başlayıb. Rəsmi prosesin nə vaxt başa çatacağı ilə bağlı heç bir tarix verilməyib.
"Unikal" xəbər verir ki, proses çərçivəsində AB Komissiyası tərəfindən edilən açıqlamada, bildirilib ki, tətbiqin reklamın şəffaflığı və məlumatların əldə edilməsi ilə bağlı məsələlərdə DSA-nı pozub-pozmadığına qərar veriləcək.
AB Komissiyası tərəfindən edilən şərhdə, proses çərçivəsində X-nin risklərin idarə edilməsi, məzmunun moderasiyası, riskləri idarə etmək və ya qarşısını almaq üçün hazırlanmış "qaranlıq model" təcrübəsi ilə bağlı məsələlərdə DSA-nı pozub-pozmadığına qərar veriləcəyi ifadə edilib.
Açıqlamada, şirkətə rəsmi məlumat sorğuları göndərilərək sübutların toplanmasının davam etdiriləcəyi bildirilib və "pozulma qərarları" kimi sanksiyalar tətbiq etmək səlahiyyəti verdiyi xatırladılıb.
Aİ Komissiyasının baş vitse-prezidenti danimarkalı Margrethe Vestager qərarı şərh edərək, "Biz qaydalarımızın hər hansı bir pozuntusunu çox ciddi qəbul edirik və hazırda əlimizdə olan dəlil X-ə qarşı istintaq başlatmaq üçün kifayətdir" deyib. Komissiya Avropa vətəndaşlarının onlayn müdafiəsini təmin etmək üçün X-nin DSA-ya uyğunluğunu diqqətlə araşdıracaq.”
Rəsmi prosesin nə vaxt başa çatacağı ilə bağlı heç bir tarix verilməyib.