Rusiya prezidenti Vladimir Putinin fərmanına əsasən, Rusiya neftinin və neft məhsullarının maksimal qiymətinin müəyyən edilməsi ilə bağlı Rusiya Federasiyasının cavab tədbirlərinin müddəti 2024-cü il iyunun 30-dək uzadılıb.
"Unikal" xəbər verir ki, Putinin 2023-cü il fevralın 1-də qüvvəyə minən fərmanı Rusiya neft və neft məhsullarının tədarükünü qadağan edir, bir şərtlə ki, bu tədarüklərə dair müqavilələr birbaşa və ya dolayısı ilə G7 ölkələri, Aİ və Avstraliya tərəfindən tətbiq edilən qiymət tavanından istifadəni nəzərdə tutsun.
Əvvəlcə fərman 2023-cü il iyulun 1-dək qüvvədə olmalı idi, lakin sonradan 2023-cü ilin sonuna qədər uzadıldı.
5 dekabr 2022-ci il tarixində Avropa İttifaqının Rusiya Federasiyasından dəniz yolu ilə neft tədarükünə tətbiq etdiyi embarqo qüvvəyə minib. Yeddilik Qrupu (G7) ölkələri, Aİ və Avstraliya öz tabeliyində olan gəmilər və ərazilər üçün dənizdən daşınan Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollardan yuxarı həddi tətbiq ediblər. 2023-cü il fevralın 5-dən analoji məhdudiyyətlər Rusiya Federasiyasından neft məhsullarının tədarükünə də şamil olunmağa başlayıb. Maksimum maya dəyəri neft məhsullarının kateqoriyasından asılı olaraq bir barel üçün 100 və 45 dollar müəyyən edilib. Bu məhdudiyyətlərə dəyişikliklər bütün Aİ dövlətləri və G7 üzvlərinin razılığını tələb edir.