Şəkidə 7 yaşlı uşağı it dişləyib.
"Unikal" xəbər verir ki, hadisə Şəki rayonunun Cayqaraqoyunlu kəndində baş verib.
Kənd sakini 2016-cı il təvəllüdlü Məhsimov Sənan Şaban oğluna küçədə sahibsiz it hücum edərək, onun sağ budunun arxa hissəsini dişləyib.
S.Məhsimov yaxınları tərəfindən Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada S.Məhsimova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub və daha sonra ambulator müalicə almaq üçün evə buraxılıb.
Seymur Əli