Ağdaşda yaşayış evində partlayış olub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Şəmsabad kəndində baş verib. Belə ki,kənd sakini 1977-ci il təvəllüdlü Həmidov Niyaməddin İkram oğluna məxsus  yaşayış evində maye qaz balonunun partlaması nəticəsində evdə olan 1981-ci il təvəllüdlü Həmidova Elnarə Akif qızı və 2007-ci il təvəllüdlü Həmidova Elcan Niyaməddin qızı xəsarət alıblar.

Yaralılar  Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Seymur Əli