Şirvanda yol nəqliyyat hadisəsi baş verib. Məktəbli piyadanı avtomobil vurub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan "Unikal"a bildirilib ki, yol-nəqliyyat hadisəsi bu gün saat 17 radələrində Şirvan şəhər ərazisində baş verib. Roman Mehdiyev idarə etdiyi “Vaz-2107” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman məktəbli Adilə Əliyevanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbli xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti stabildir.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar aparılır.