Yevlaxda içərisində hərbçilərin də olduğu minik maşını qəzaya düşüb.

"Unikal"ın məlumatına görə, hadisə Xaldan şossesində, Havarlı kəndinin yaxınlığında baş verib. Havarlı kənd sakininə məxsus "VAZ 2106" markalı maşın, içərisində bir neçə hərbçinin olduğu "VAZ 2115" markalı avtomobillə toqquşub.

Zərbənin təsirindən sonuncu maşın yol kənarına düşüb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarərləri alan biri qadın olmaqla 3 yaralı xəstəxanaya çatdırılıb. 59 yaşlı Havarlı kənd sakini Araz Bayramova isə yerindəcə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparlır.

Ehtiram Muradov