Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə Yevlax şəhər, Nüşabə küçəsi 11 ünvanında baş verib. Dəm qazının evə sızması nəricəsində halsız vəziyyətə düşən 1988-ci il təvəllüdlü Ülkər Novruzova, 1962-ci il təvəllüdlü Xatirə Novruzova, 1958-ci il təvəllüdlü Rövşən Novruzov, həmçinin ailənin azyaşlı nəvələri 2011-ci il təvəllüdlü Novruzov Elgiz Əvəz oğlu və 2014-cü il təvəllüdlü Novruzova İnci Ənvər qızı xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin müdaxiləsi nəticəsində zəhərlənən şəxslərin vəziyyəti stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov