İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində yaralanan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun vəziyyəti qənaətbəxşdir.

Ağdam Rayon Mərkəzi Xəstəxanasından "Unikal"a bildirilib ki, xəsarət alan şəxsə bütün zəruri ilkin tibbi dəstək göstərilib və Gəncə klinik xəstəxanasına təxliyə olunub.

Qeyd edək ki, işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

*** 16:18

Şəxsin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Baş prokurorluğun Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, dekabrın 26-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***15:38

Dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

ANAMA-nın mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Zaur Mahmudov rayon xəstəxanasına yerləşdirilib. Müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb.

Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərilib. Vəziyyəti qənaətbəxşdir.

***13:54

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib.

Bu barədə "Unikal"a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, ANAMA-nın əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

O, hadisə yerindən təxliyə edilərək rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.