Kürdəmirdə evdə yanğın baş verib.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, rayonun Xırdapay kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının tavanı 12 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.