Xəbər verdiyimiz kimi, bu gün Ağdamda minaya düşən ANAMA-nın əməkdaşı Gəncə xəstəxanasına təxliyə edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, Ağdam rayonunda minaya düşən Azərbayca Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Zaur Mahmudov Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə gətirilib. Ona tibbi yardım göstərilib.
Z.Mahmudovun yaxını Mahmud Mahmudovun sözlərinə görə, yaralanan şəxs Bakı şəhərinə aparılacaq. İlkin məlumata görə, ANAMA əməkdaşının sol ayağının daban nahiyəsində problem var. Ümumilikdə isə huşu yerindədir və yaxınları ilə danışır.
Məlumat üçün bildirək ki, Zaur Mahmudov əslən Qazax rayonundandır və üç ildən artıqdır ANAMA-da çalışır.
Tural Əhmədov