Gəncədə 42 yaşlı kişini avtomobil vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan evakuator yolu keçmək istəyən 1981-ci il təvəllüdlü Rauf Sarıyevi vurub. Yaralı xəstəxanaya yerləşdirilib, həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, R.Sarıyev Gəncə şəhər MKT İB işçisidir.

Tural Əhmədov