Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunaraq axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Hazırda dalğıc-xilasedicilər tərəfindən kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.