Avstraliyanın Baş naziri Entoni Albanese sevgilisi Codi Haydona "Sevgililər Günü"ndə evlilik təklifi edib.  

"Unikal" xəbər verir ki, Albanese sosial media hesabında sevgilisinə evlilik təklifi etdiyini və toyun yaxınlaşdığını açıqlayıb.

Baş nazir Haydonun nişan üzüyü taxan fotosunu “O, hə dedi” qeydi ilə paylaşıb.

Avstraliya mətbuatına açıqlama verən Albanese, "Həyatımın qalan hissəsini paylaşmaq istədiyim bir tərəfdaş tapmaqdan böyük məmnunluq duyuram", - deyib.  

Gülayə Mecid