Rusiya Qərbin Aleksey Navalnının ölümünün araşdırılması ilə bağlı heç bir tələbini qəbul etmir.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin Moskvaya verdiyi bəyanatı belə şərh edərkən deyib. (O, Rusiya hakimiyyətindən Navalnının ölümü ilə bağlı müstəqil beynəlxalq araşdırmaya icazə verməsini tələb edib. - red.)

“Biz bu cür tələbləri, xüsusən də cənab Borreldən qətiyyən qəbul etmirik”, - Peskov bildirib.

Bundan əvvəl Kreml nümayəndəsi Navalnının koloniyada ölümündən sonra xarici medianın Rusiya əleyhinə bəyanatlarını yolverilməz və iyrənc adlandırmışdı.

Onun sözlərinə görə, hələ də aparılan istintaqın nəticəsi olmayanda açıqlama vermək qətiyyən yolverilməzdir.

 Xatırladaq ki, siyasətçi Aleksey Navalnı fevralın 16-da həbsxanada dünyasını dəyişib. 

Gülayə Mecid