Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Təhlükəsizlik Kəşfiyyat İdarəsi birgə əməliyyat keçiriblər.

"Unikal" xəbər verir ki, əməliyyat zamanı PKK terror təşkilatının üzvlərindən olan, “Mazlum Mardin” kod adlı Murat Kızıl Avropaya qaçmağa fürsət tapmadan ələ keçirilib.

Araşdırmalar nəticəsində terrorçu Murat Kızılın gizləndiyi yer müəyyən edilib. Addım-addım təqib edilən terrorçu Avropaya qaçmaq istəyərkən MİT tərəfindən saxlanılıb.

Murat Kızıl Türkiyəyə gətirilib və məhkəmə məsuliyyətinə cəlb edilib.

2015-ci ildə PKK-nın çöllük kadrlarına qoşulan Suriya və İraqda terror fəaliyyəti göstərib. O, “Silahlı terror təşkilatına üzv olmaq” maddəsi üzrə axtarışda olub.