️Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş sabah davam edəcək.
"Unikal" xəbər verir ki, görüş Berlində keçirilir.
Almaniyanın xarici işlər naziri Annalena Berbok qeyd edib ki, bu gün və sabah kimi birbaşa dialoq gələcək irəliləyişə nail olmaq üçün ən yaxşı yoldur.
Qeyd edək ki, bu gün Mirzoyan və Ceyhun Bayramov əvvəlcə ikitərəfli, daha sonra Berbokun iştirakı ilə üçtərəfli formatda görüş keçirib.