Çanaqqalanın Eceabat rayonu sahillərində qeyri-qanuni mühacirləri daşıyan rezin qayıq batıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sahil təhlükəsizlik qruplarının bölgəyə sövq edildiyi hadisədə 5-i uşaq olmaqla 21 nəfər həyatını itirib. Bölgədə itkin düşənlərin tapılması istiqamətində işlər davam etdirilir.
***14:03
Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayıq batıb.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində 2-si körpə olmaqla 14 nəfər ölüb.
Bölgəyə cəlb edilən sahil təhlükəsizlik qrupları 4 nəfəri xilas edib. Axtarış xilasetmə işləri davam etdirilir.