“Neftçi”nin iki futbolçusu Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qarabağ”la keçiriləcək ev matçını buraxacaq.
Klubdan "Unikal"a verilən məlumata görə, bərpa prosesini davam etdirən Emil Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə keçən Mark Tamaş Ağdam təmsilçisi ilə oyunda iştirak etməyəcək.
Qeyd edək ki, bu gün “Neftçi Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.