Azərbaycan Xarici İşlər Nazirliyi Niderland hakimiyyətinə çağırış edib.
"Unikal" xəbər verir ki, bununla bağlı XİN sosial şəbəkə hesablarında paylaşım edib.
"Tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılmasından narahatıq. COP29-un sədri kimi biz Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq", - paylaşımda bildirilib.
We are disturbed by the detention of the prominent climate activist @GretaThunberg during peaceful demonstration in The Hague.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 6, 2024
As a @COP29_AZ presidency we call on the Dutch authorities to respect the freedom of expression of climate protestors, and release those detained.