Həyatın bütün sahələrində təsiri günü-gündən artan süni intellekt tətbiqlərinə yenisi əlavə edilib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, istifadəçilərə unikal təcrübə təqdim edən "Historic Voices" tarixdə iz qoyan adları bir araya gətirir. Tətbiqdə Fateh Mehmetdən Mustafa Kamal Atatürkə, Sokratdan Nikola Teslaya qədər bir çox əhəmiyyətli adla süni intellekt vasitəsilə söhbət etmək mümkündür.

Bildirək ki, 23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür.  Tətbiqin bu gün azyaşlılara hədiyyə olaraq istifadəyə verilməsi diqqət çəkib. 

Gülayə Mecid