Rusiyanın İstintaq Komitəsinin əməkdaşları tərəfindən saxlanılan müdafiə nazirinin müavini Timur İvanov azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir.
Bu barədə “Unikal” TASS-a istinadən xəbər verir.
Qeyd edilir ki, Cinayət Məcəlləsinin ona qarşı irəli sürülən maddəsinə görə, məmuru 15 ilədək həbs cəzası gözləyir.
XXX
22:32
Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, o, rüşvət almaqda şübhəli bilinir.
İvanov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi ilə təqsirli bilinib.