Azərbaycan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Observer” qəzetinə müsahibəsində deyib.
“Biz müxtəlif tərəfdaşlarla Olimpiada zamanı olduğu kimi COP29 zamanı da atəşkəs haqqında müzakirələr aparırıq. Ancaq bu müzakirə ilkin mərhələdədir. Bunun üçün əlavə məsləhətləşmələr və müzakirələr tələb olunacaq”, - deyə H.Hacıyev bildirib.
Prezidentin köməkçisinin sözlərinə görə, iqlim dəyişikliyinə qarşı mübarizə ilə yanaşı, Azərbaycan COP29-un sülh sahəsində növbəti uğur hekayəsinə və sülh konfransına çevrilməsi üçün əlavə səylər göstərir və bundan sonra da göstərəcək: