"İndi 100 faizlə deyə bilərik ki, Voskepar kilsəsi Ermənistanın suveren ərazisində yerləşir".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransı zamanı deyib.
Baş nazirin sözlərinə görə, Kirants kəndindən bir sıra ərazilər də Azərbaycana verilib: "Bütün bunları inkar etmədik, mən dedim ki, 12 nöqtədən 8-i, hətta 9-u indiyə kimi müəyyən edilib, lakin daha ətraflı işlərin görülməli olduğu üç məqam var. Demarkasiya Komissiyası mövcud olan bütün mülkiyyət sənədlərini götürüb. Bütün əsaslar çıxarılır. Həmin bölmədə daha ətraflı nəzərdən keçiriləcək. Bu üç nöqtədə hər sm sayılır.
Bu gün Moveses məktəbi, Berkaber və Agyepar məktəbləri də birbaşa atəş altındadır. Bu gün, hətta demarkasiyadan əvvəl Kirants məktəbi birbaşa atəş altında idi. İndi soruşsanız, Musa məktəbini birbaşa atəşdən necə çıxara bilərik? Cavabım o olardı ki, həmin ərazidə sərhəd xətti çəkilsin. Çünki demarkasiya məktəbi hədəfdən çıxarmaq üçün ən sivil, ən qanuni variantdır. Çünki biz Kirants məktəbinin qarşısında beynəlxalq hüquq divarı tikirik.
Mən Kirantsa getdim və mümkün olan ən pis ssenarini təqdim etdim. 2020-2021-ci illərdə mən Voskepar və Kirants camaatına söz vermişdim ki, əgər burada sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələlər olarsa, şəxsən gəlib onlara məlumat verəcəyəm. Bu vəd yerinə yetirildi".
Paşinyan Ermənistan Konstitusiyasının dəyişdirilməsi təşəbbüsündən də danışıb: "Ermənistan Konstitusiyası məsələsi Ermənistanın daxili məsələsidir. Konstitusiya heç bir xarici öhdəliklərin həyata keçirilməsinə mane olmur. Razılaşdıq ki, sülh sazişinin tərəflərindən heç biri bu müqavilə ilə götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün öz ölkəsinin qanunvericiliyinə istinad edə bilməz. Konstitusiya məsələsinin bununla heç bir əlaqəsi yoxdur".
Ağarza Elçinoğlu