Parlamentin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı qəbul edilib.

"Unikal" xəbər verir ki, deputatların müzakirələrindən sonra illik məlumat səsverməyə qoyularaq qəbul olunub.

***11:38

Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023-cü ildə fəaliyyəti haqqında məlumatı dinlənilir.

"Unikal" xəbər verir ki, illik məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edir.

Anar Kəlbiyev