Donetskdə Rusiyaya məxsus Su-25 hücum təyyarəsi vurulub.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. 

"Ukrayna Milli Qvardiyasının əsgərləri “İqla man” mobil zenit-raket kompleksindən istifadə edərək, Donetsk vilayətində döyüş tapşırığı yerinə yetirən Rusiyaya məxsus Su-25 hücum təyyarəsini vurub", - məlumatda deyilir. 

Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.

Ağarza Elçinoğlu