Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

“Əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək. Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir”,- deyə məlumatda bildirilir.

*** 16:55

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirib.

"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyat qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında həyata keçirilib.

Bir sıra vəzifəli şəxslərin istintaqa cəlb edildiyi bildirilir.

Əməliyyat barədə rəsmi məlumat verilməyib.