Ağsuda avtomobil qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə gecə saatlarında Muradlı kənd istiqamətində baş verib.

Avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü 1982 - ci il təvəllüdlü Iİmanov Zamiq Elikram oğlu aldığı ağır bədən xəsarətləri alaraq dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.