"Qərb dövlətlərinin Ukrayna ilə bağlı hazırkı mövqeyi Rusiyanın mövqeyinə məhəl qoymamaq və Rusiya Federasiyasının təslim olmasını gözləməkdir, lakin bu, baş tutmayacaq".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov qeyd edib ki, Rusiya tərəfi öz mövqeyini min dəfə bəyan edib: "Rusiya prezidenti Vladimir Putin isə zəhlətökən sorğulara cavab verərək, Zelenskinin iki il əvvəl imzaladığı fərmanla özünə və bütün işçilərinə danışıqlar aparmağı qadağan etdiyini dəfələrlə bildirib".
Ağarza Elçinoğlu