Naftalan şəhər sakini, 1990-cı il təvəllüdlü Rəşad Talıbov iyulun 29-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, itkin düşən şəxsin boyu 170 sm, qara saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.

Sonuncu dəfə evdən gedərkən üzərində qara köynək, göy cins şalvar və ağ idman ayaqqabısı olub.

“Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Naftalan Şəhər Polis Şöbəsinin (022)352-31-15 şəhər və 070-510-33-22 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - məlumatda vurğulanıb.