"Hisslərimi sözlə ifadə edə bilmirəm. Olimpiadanın finalında olduğumu anlamaq çətindir".
"Unikal" xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan taekvondoçusu Qaşım Maqomedov deyib.
58 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finala çıxdığı üçün şokda olduğunu bildirib: “Uşaqlıqdan bunu fikirləşirdim. Düşünürdüm ki, bu, qeyri-mümkündür. Ancaq tribunada olanların mənə görə sevindiyini gördüm. İnsanın uğuruna kiminsə heyran olması, dəstəkləməsi fantastikdir. Tanrıya şükür edirəm. İnanıram ki, Vətənə Olimpiya çempionu olaraq dönəcəyəm".
Qeyd edək ki, Qaşım Maqomedovun həlledici görüşdəki rəqibi Cənubi koreyalı Tijon Park olacaq.