İrandan İraqın Kərbəla şəhərinə gedən pakistanlıları daşıyan avtobus aşması nəticəsində 35 nəfər ölüb, onlarla insan  yaralanıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

İlkin versiyaya əsasən, qəzaya nəqliyyat vasitəsinin əyləc sistemində yaranmış problem səbəb olub.

***09:06

İrandan İraqın Kərbəla şəhərinə gedən pakistanlıları daşıyan avtobus aşıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, avtobusun aşması nəticəsində 28 nəfər ölüb, 14-ü ağır olmaqla 23 nəfər yaralanıb.

Bildirilib ki, avtobusda olan 51 pakistanlı İraqın Kərbəla şəhərində keçirilən Ərbəin mərasimlərində iştirak etmək üçün yola düşüb.

Zərifə Nağıyeva