"Archico" MMC barəsində inzibati qaydada protokol tərtib olunub.
"Unikal"ın əldə etdiyi məlumata görə, cərimə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsinə əsasən yazılıb.
Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, sözügedən inzibati xətanın törədilməsinə görə hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Murad İbrahimli