Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ucar rayonunun Müsüslü kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
"Unikal" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “DAF” markalı yük avtomobilinin “Mitsubishi” markalı minik avtomobilinə çırpılması nəticəsində 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
*** 08:50
Ucar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Ucar rayon ərasizindən kecən hissəsində baş verib. Belə ki, TIR-la hərəkətdə olan Gəncə sakini idarəetməni itirib və nəticədə yük maşınını yol kənarında dayanmış minik avtomobilinə vurub.
Hadisə zamanı minik avtomobilinin sürücü hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli