Türkiyəli aktyor Barış Arduçla həyat yoldaşı Gupse Özay özlərinə ev alıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük Beykozda kirəyədə qaldıqları evi satın alıblar. Onlar bunun üçün 2 milyon dollar (3 milyon 399 min 896 manat) ödəyib.

Qeyd edək ki, ikilinin bir övladı var.