Gəncədə qəza olub, qadın sürücü xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb.

Hərəkətdə olan "KİA", "VAZ 2106" və "Mercedes" markalı minik maşınları toqquşub.

Qəza zamanı bir nəfər xəsarət alıb. Xəsarət alan "KİA" sürücüsü qadındır. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Tural Əhmədov