Amerika hökuməti tərəfindən verilən və sizin ABŞ-də daimi yaşayış icazəniz olduğunu göstərən "Green Card" üçün müraciət tarixi yaxınlaşır. Hər il payızda başlayan "Green Card" müraciətləri  "DV Lottery"səhifəsi vasitəsilə edilir və heç bir ödəniş tələb olunmur. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  "Green Card" üçün müraciət tarixi hələ açıqlanmayıb. Keçən il kartın müraciəti oktyabrın 4-dən başlayıb. Bu il oktyabrın ilk həftəsində başlanması gözlənilir.

GREEN CARD NƏDİR?

"Green Card" qazanan insanların ömürlük ABŞ-də yaşamaq və işləmək hüququ var. Yaşıl Kart sahibləri səsvermə istisna olmaqla, Amerika vətəndaşları ilə tam olaraq eyni hüquqlara malikdirlər. Onlar istəsə, bütün ailəsi ilə Amerikada yaşaya, biznes qura, məmur ola bilər. Eyni zamanda, ABŞ-də tam məskunlaşdıqdan sonra 5 il ərzində tam vətəndaşlıq əldə edilə bilər.

Green Card lotereyasına müraciət DV Lotereya veb-saytı vasitəsilə pulsuz həyata keçirilir. Ərizə saytı ingilis dilində olduğundan, bütün mərhələ sualların düzgün başa düşülməsini və cavablandırılmasını tələb edir. Yaşıl Kart üçün müraciət edən şəxslər öz məlumatlarını dəqiq daxil etməlidirlər. Yaşıl Kart üçün müraciət etmək üçün ingilis dilini bilmək tələbi yoxdur, lakin lotereya nəticəsində Yaşıl Kart almağa haqq qazanan namizədlər ingilis dili biliyini təmin etməlidirlər.

Gülayə Mecid