AK münaqişənin gərginləşməsi fonunda Livana 30 milyon avro məbləğində əlavə humanitar yardım göstərəcək.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb. 

""Hizbullah" və İsrail arasında düşmənçilik artmaqda davam etdiyinə görə, Avropa Komissiyası bu gün Livanda ən çox ehtiyacı olanlara kömək etmək üçün əlavə 30 milyon avroluq humanitar yardım elan edir". 

AK əlavə edib ki, ümumilikdə 2024-cü ildə Aİ Livana 104 milyon avro dəyərində humanitar yardım ayırıb.

Gülayə Mecid