“Crocus City Hall”ın konsert zalında terror aktını törədənlər “Viloyat Xorasan” terror qruplaşmasının üzvləridir.
"Unikal" xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının iclasında bildirib.
"Məlumdur ki, terror aktını törədənləri işə götürənlər “Vilayət Xorasan”ın üzvləridir və fiziki olaraq Əfqanıstanda olarkən, məqsədyönlü şəkildə Rusiyadakı tacik diasporu üzərində internet vasitəsilə işləmişlər", - Bortnikov deyib.
Martın 22-də axşam saatlarında Rusiyanın “Picnic” musiqi qrupunun çıxışı başlamazdan əvvəl “Crocus City Hall”un konsert zalında terrorçular atəş açıblar. Daha sonra binada yanğın baş verib. Son məlumatlara görə, terror aktı nəticəsində 144 nəfər həlak olub.
Gülayə Mecid