Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Belə ki, Lənkəran rayonun Mamusta kəndindən olan 1984-cü il təvəllüdlü Hüseynov Şahmar Ataman oğlu döyüşdə həyatını itirib.
O, Rusiya ordusunun sıralarında döyüşə qatılmışdı.
Mərhum ötən gün Mamusta kəndində torpağa tapşırılıb.
Seymur Əli