""Media haqqında" qanun qəbul olunanda da hansı kampaniyaların aparıldığını görmüşük".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının rəhbəri Ramid Namazov deyib.
O bildirib ki, bu gün Almaniya, Avstriya, Böyük Britaniya və Avstraliyada sosial şəbəkələr qanunla tənzimlənir: "Amma Türkiyədə sosial medianın tənzimlənməsi haqqında qanun qəbul ediləndə "siz söz azadlığını boğursuz" kimi hücumlar olmuşdu. Burada da ikili yanaşma var. Biz də qanunlarımızı hazırlayanda bu cür hücumlara qarşı hazır olmalıyıq".
Anar Kəlbiyev