Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası 25 noyabrda keçiriləcək.

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, heç bir ölkədə parlamentin legitimliyini müxalifətin tanıması tələb olunmur, əks halda dünyada demokratiya olmazdı.

"Gürcüstanın hələ də formal prezidenti olan Salome Zurabişvili parlamentin ilk iclasını təyin etməməklə ölkə Konstitusiyasını növbəti dəfə pozacaq. Belə olan halda Gürcüstan parlamenti seçkilərin rəsmi nəticələrinin dərcindən sonra düz 10-cu gündə, yəni noyabrın 25-də toplaşacaq. Bunu konstitusiya müəyyən edir”, - Kobaxidze deyib.