Müharibə əlillərinin tibbi yoxlanışı zamanı çox haqsız qərarlarla qarşılaşırıq.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında deputat Asim Mollazadə deyib.

O bildirib ki, bir sıra yaralı və əlil olan əsgərlər onlara yaxınlaşıb şikayət edirlər: “Sahil müəllim, bu istiqamətdə görülən işləri gücləndirmək lazımdır. Azərbaycan qalib dövlətdir və Zəfər məhz onların qəhramanlığı hesabına qazanılıb”.

A.Mollazadə əlavə edib ki, bu gün qazilərin işsizlik problemi hələ də qalır və onların işlə təminatı önəmli məsələdir.

Anar Kəlbiyev