Maliyyə naziri Samir Şərifov mədəniyyət işçilərinin maaşlarının artırılıb-artırılmayacağına münasibət bildirib.
"Unikal"ın məlumatına görə, Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı nazir bildirib ki, Cənab Prezident İlham Əliyev tərəfindən hökumətə tapşırıq verilib ki, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqının artırılması məsələsinə baxılsın.
"Bununla əlaqədar dövlət büdcəsində müəyyən vəsait nəzərdə tutulub. Yəqin ki, konkret qərarlar növbəti ildə qəbul ediləcək. Mədəniyyət təşkilatlarının əksəriyyəti dövlət büdcəsindən maliyyələşir. Yəqin ki, onlar da əhatə olunacaq", - deyə S.Şərifov vurğulayıb.
Anar Kəlbiyev