Bəzi postsovet ölkələrinin siyasətçiləri Gürcüstana münasibətdə “böyük qardaş” rolunu oynamağa çalışırlar.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili “İmedi” telekanalının efirində bildirib.

"Postsovet ölkələrinin, xüsusən də Baltikyanı ölkələrin bəzi siyasətçiləri Gürcüstana münasibətdə böyük qardaş rolunu oynamağa çalışırlar. Amma bu, alınmayacaq, biz bu şərtlərlə Avropa İttifaqına daxil olmaq fikrində deyilik", - spiker vurğulayıb.

Ağarza Elçinoğlu