Yunanıstanda 80 yaşlı Vasillis Panaqiotaropulos təhsilini başa vurmaq üçün yenidən məktəbə başlayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, kişi 12 yaşında atasına tarlada işləməyə kömək etmək üçün məktəbi tərk edib. Daha sonra Afinaya köçüb burada aşpaz işləyib və öz meyxanasına sahib olub. 

Onun sözlərinə görə, həqiqətən də məktəb və dərs üçün darıxıb və bir gün yenidən oxumaq barədə qərar verib. İllər sonra Vasilis həyat yoldaşına təhsilini davam etdirmək niyyətində olduğunu söyləyib. Kişinin xanımı onu dəstəkləyib. 

Hazırda Vasillis Panaqiotaropulos 15 yaşlı yeniyetmələrlə bir sinifdə təhsil alır. Müəllimlərin dediyinə görə, kişi həm sinif yoldaşlarına yaxşı təsir edir, həm də çox çalışqan şagirddir. Onun sevimli dərsləri qədim yunan və riyaziyyatdır. İyun ayında Vasillis məktəbin tam hüquqlu məzunu olacaq.

Gülayə Mecid