Kolumbiya 225 ton ağırlığında dünyanın ən böyük kokaini ələ keçirib.
"Unikal" xarici KİV-ə xəbər verir ki, altı həftəlik “Orion” əməliyyatı zamanı Kolumbiyanın hüquq-mühafizə orqanları və onların 62 ölkədən olan həmkarları kokain daşıyan 6 dəniz gəmisini dayandırıb və ümumilikdə 1400 ton narkotik, o cümlədən 1000 tondan çox marixuana və 225 tonu kokain müsadirə edib. Qanunsuz yüklərin bir hissəsi Avstraliyaya yeni narkotik ticarəti marşrutu ilə gedən sualtı qayıqda tapılıb.
Narkotiklərlə mübarizə tədbirləri zamanı qanunsuz silah daşınması dayandırılıb, miqrant alverçiləri saxlanılıb. Ümumilikdə 400-dən çox adam həbs edilib.
Bildirilir ki, əməliyyat Latın Amerikası kartellərinə ciddi zərbə olub. BMT-nin hesablamalarına görə, dünyada hər il 2700 ton kokain istehsal olunur. Kolumbiya hakimiyyəti tərəfindən bu narkotikin müsadirə həcminə görə əvvəlki rekord 2022-ci ildə qeydə alınıb - onlar 671 ton narkotiki müsadirə edə biliblər.
Gülayə Mecid