"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandası ehtiyat pilotu Mik Şumaxerlə əməkdaşlığa son qoyub.

"Unikal" xəbər verir ki, məlumatı Almaniya təmsilçisinin mətbuat xidməti yayıb.

Daha öncə ABŞ-nin "Haas" komandasında çıxış edən Mik Şumaxer son iki ildə "Mercedes"də ehtiyat sürücü olub.

Qeyd edək ki, Mik Şumaxer 7 qat dünya çempionu Mixael Şumaxerin oğludur.